Avtobusda insanları döyən oğlanla bağlı açıqlama - VİDEO
17:10 29 Mart 2018
Bakı Nəqliyyat Agentliyi (BNA) 65 nömrəli marşrutda baş verən dava ilə bağlı məlumat yayıb.
Femida.az-ın məlumatına görə, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sərnişinlərdən birinin avtobusda olan qadınlara, yaşlı insanlara qarşı əl qaldırması, kəskin aqressiya nümayiş etdirməsi xalqımızın malik olduğu yüksək mənəvi və əxlaqi dəyərlərə tamamilə ziddir.
Qurum rəsmisi bildirib ki, bu, birmənalı olaraq cəmiyyətə qarşı hörmətsizlik və tərbiyəsizlikdir: "Heç bir hal kiməsə qarşı, xüsusən də qadına və yaşlı insana qarşı aqresiv hərəkətə səbəb ola bilməz. Əminəm ki, müvafiq qurumlar insanlara qarşı bu cür hərəkətə yol verən şəxsin əməlinə lazımi hüquqi qiymət verəcəkdir".
M.Ağayev qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq sərnişinlərin ictimai nəqliyyatda etik davranış qaydalarına əməl etmələri ilə bağlı maarifləndirmə işləri aparır: "Bu çərçivədə foto və video materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilir. Bununla bağlı xüsusi kitabça da hazırlanıb. Apardığımız maarifləndirmə işləri, müvafiq qurumların tətbiq etdiyi inzibati cəza tədbirləri ilə yanaşı vacib olan daha bir təsirli vasitə də ictimai qınağın olmasıdır. Bu mənada bu cür halların sosial şəbəkələrdə paylaşılaraq ictimailəşdirilməsi təqdirə layiqdir".
Qeyd edək ki, dünən axşam saatlarında 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib. “Xaliq Faiqoğlu” şirkətinin mərkəzi müşahidə şöbəsinin əməkdaşları tərəfindən 10 TH 318 dövlət qeydiyyat nişanlı avtobusda gənc oğlanın orta yaşlı qadına hücum etməsi aşkar olunub və bununla bağlı dərhal polisə məlumat verilib.
Femida.az
Femida.az
Oxunub: 2166
Oxşar xəbərlər
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI
- BNA: "92 avtobusun hərəkət intervalında gecikmələr var"
- Goranboyda mikroavtobus aşıb, 24 nəfər xəsarət alıb
- Goranboyda mikroavtobus aşıb, 15 nəfər xəsarət alıb
- Bakıda 118 avtobus gecikmə ilə hərəkət edir
- Nepalda avtobus qəzaya uğrayıb, 13 nəfər ölüb, daha 19-u yaralanıb
- Pakistanda avtobus dərəyə aşıb, 19 nəfər ölüb
- Bakıda 29 marşrut xətti üzrə avtobusların hərəkəti gecikir