TANAP-ın Türkiyəyə qədər olan hissəsinin 99 faizi tamamlanıb
22:48 29 Mart 2018
Bu gün Ankarada TANAP-ın İdarə Heyətinin ümumi iclası keçirilib.
SOCAR-dan Femida.az-a verilən məlumata görə, iclasda artıq tamamlanmaqda olan TANAP-ın birinci fazası üzrə görülən işlər barədə İdarə heyəti üzvlərinə ətraflı məlumat verilib.
Qeyd edilib ki, Türkiyənin Əskişəhər bölgəsinə qədər olan birinci faza üzrə işlərin təqribən 99%-i yekunlaşıb. Avropaya qədər olan işlərin isə təqribən 80%-i həyata keçirilib. Ümumilikdə layihə üzrə işlərin 93%-dən çoxu tamamlanıb. Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqlik və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir.
"Cari ilin ikinci yarısından etibarən əvvəlcədən planlaşdırıldığı kimi TANAP-la 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ixrac olunacaq. Tikinti işlərinin qrafikə uyğun olaraq vaxtında və yüksək keyfiyyətlə tamamlanması üçün bütün tərəflər üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər”, - deyə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
Xatırladaq ki, 2015-ci ildə təməli qoyulan 1850 kilometrlik TANAP vasitəsi ilə başlanğıcda ildə 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ötürüləcək, 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaqdır. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 mlrd. kubmetrə çatdırıla bilər. Layihədə Azərbaycan 58%, BOTAŞ 30% və BP isə 12 faiz paya malikdir.
Femida.az
Oxunub: 529
Oxşar xəbərlər
- Prezidentin TANAP-ın açılışındakı çıxışı - TAM MƏTN
- TANAP-ın açılış mərasimi keçirilidi - VİDEO (Yenilənib)
- Sabah TANAP-ın açılış mərasimi keçiriləcək
- TANAP-ın açılışını Ərdoğan edəcək
- TANAP-ın açılışının dəqiq vaxtı məlum oldu
- “TANAP-ın tikintisi 80 faizdən çox tamamlanıb“ - Nazir
- TANAP-ın dəyəri 7.9 milyard dollardır
- TANAP-ın tikintisinin 70%-i başa çatıb
- TANAP-ın tikintisi nə vaxt başa çatacaq? - Açıqlama
- Türkiyədə TANAP-ın tikintisi sürətləndirilib