Avtobus gözləyəndə diqqətli olun!


13:13     30 Mart 2018 2018/03/avtobus_1522387214.jpg

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı sərnişinlərə xəbərdarlıq edib.


Femida.az xəbər verir ki, qurum sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını tövsiyə edib.

Həmçinin, sərnişinlərdən Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələrini xahiş olunub.

Femida.az

Açar sözlər: #Avtobus   #Sərnişin  

Oxunub: 925