Bakıda işləyənlərin sayı açıqlanıb
21:00 30 Mart 2018
Bu ilin yanvar ayında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5382 nəfər azalaraq 695 251 nəfər olub.
Bakı şəhər Statistika İdarəsindən Femida.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar ayında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 1,7% artaraq 764 manat olub.
Belə ki, Bakının Binəqədi rayonunda 43 639 nəfər muzdlu işçi çalışır ki, onların da orta aylıq əmək haqqı 435,3 manat təşkil edir. Xətai rayonunda belə muzdlu işçilərin sayı 61 504 nəfər təşkil edib ki, onların orta aylıq əmək haqqı 756,8 manat olub.
Xəzər rayonunda 29 779 nəfər muzdlu işçi olduğu halda, onların orta aylıq əmək haqqının həcmi 676,5 manat təşkil edib. Qaradağ rayonunda 24 905 nəfər muzdlu işçinin aldığı orta aylıq əmək haqqı 1 044,8 manat olub.
Paytaxtın Nərimanov rayonunda 65 760 nəfər muzdlu işçi orta hesabla 504 manat əmək haqqı alıb. Nəsimi rayonunda muzdlu işçilərin sayı 152 348 nəfər, orta əmək haqqının həcmi isə 714,4 manat təşkil edib.
Nizami rayonunda çalışan 42 673 nəfər muzdlu işçinin hər biri orta hesabla 647,9 manat, Pirallahı rayonunda çalışan 8 008 nəfər orta hesabla 1 378,2 manat əmək haqqı alıb.
Bakının Sabunçu rayonunda 27 018 nəfər muzdlu işçi paytaxt üçün ən aşağı orta əmək haqqı alıblar. Bu rəqəm 489,5 manat olub. Əksinə, Səbail rayonunda isə 116 463 nəfər muzdlu işçi ən yüksək orta əmək haqqını – 1 376 manat alıblar.
Həmçinin, paytaxtın Suraxanı rayonunda 19 286 nəfər muzdlu işçi orta hesabla 565,4 manat, Yasamal rayonunda isə 103 868 nəfər muzdlu işçinin hər biri orta hesabla 674,2 manat pul qazanıblar.
Femida.az
Oxunub: 630
Oxşar xəbərlər
- Zəngəzur dəhlizinin tikintisi 57 faiz icra olunub
- Bakıda tikintidə fəhləni yıxaraq ölümünə səbəb olan şəxs həbs edilib
- Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayırıb
- Bakıda ağacları qanunsuz kəsən tikinti şirkəti 35 min manat cərimələnib
- Prezident Yevlaxda avtomobil yolunun tikintisinə 2,1 milyon manat ayırıb
- Azərbaycanda tikinti şirkətinin rəhbəri həbs edilib
- Xudatda tikinti materialları fəhlənin üzərinə aşıb, vəziyyəti ağırdır
- Fəhlələri tikintidə qanunsuz işlədən şəxslər 167 min manata yaxın məbləğdə cərimələnib
- Bakıda məktəblərin tikintisi və təmirinə 15,6 milyon manat ayrılıb
- Prezident Daşaltıya gedib, tunellərin tikintisi ilə tanış olub