Saatlıda toyuq oğrusu tutuldu


00:30     02 Aprel 2018 hebs5.jpg

Saatlı rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Saatlı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Niyaz Əliyev saxlanılıb.

Niyaz Əliyev cari ilin yanvar-mart ayları ərzində rayon ərazisində 1 avtomobildən akkumulyator, 2 həyətyanı sahədən ev quşu oğurlamaqda şübhəli bilinib.

Faktla bağlı cinayət işi başlanıb./publika.az

Açar sözlər: #Saatlı   #oğru  

Oxunub: 650