Bakının bu rayonu qazsız qalacaq
13:26 04 Aprel 2018
Bu gün Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, Yasamal rayonu Əsəd Əhmədov küçəsində diametri 530 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması ilə əlaqədar, aprelin 4-də saat 10:00-dan işlər yekunlaşanadək Yeni Yasamal 1-ci və 2-ci yaşayış massivləri həmçinin Əsəd Əhmədov küçəsində təbii qazın verilişində fasilə yaranacaq.
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Femida.az
Oxunub: 1255
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Almaniya qışda Rusiya qazından imtina edə bilər
- Qazaxda toyda mübahisə düşüb, bıçaqlanan var
- Avropada təbii qazın qiyməti ucuzlaşıb
- Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət yayıb
- Azərbaycanın Şimal-Qərb bölgəsində qaz olmayacaq
- Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb
- Britaniya kəşfiyyatı: “Rusiya uğur qazanması barədə vaxtından əvvəl və yalan bəyanatlar verib”
- Avropada təbii qazın qiyməti yüksəlib