Futbolçusu evində ölü tapıldı


02:50     08 Aprel 2018 2018/04/D3A90C21-16E8-4CD7-9AC3-075A4310C60B_1523127249.jpeg

Fransada 19 yaşlı futbolçu naməlum şəraitdə ölüb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, "Le Havre" klubunun oyunçusu Samba Diop evində ölü tapılıb. Faktı klub rəsmiləri təsdiqləyib. Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Qeyd edək ki, Samba Diop Fransanın 19 yaşlılardan ibarət millisinin üzvü olub.

Femida.az

Açar sözlər: Futbol   meyit   ölü  

Oxunub: 738