Azərbaycanda maliyyə sərgisi keçiriləcək


22:16     10 Aprel 2018 2018/04/5682c4b8-b6ed-48e9-abb5-7c428c409eda-1523365159_1523367597.jpg

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasının (MŞ) görüşü keçirilib.


Femida.az ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli və MŞ-nın üzvü olan sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri iştirak edib. M.Abbasbəyli rəhbərlik etdiyi qurumun bu ilin I rübündəki fəaliyyəti barədə qısa məlumat verib. O, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçirməsi niyyətində olduğunu bəyan edib.

ASA sədrinin sözlərinə görə, məqsəd maliyyə sektorunun bütün iştirakçılarının – bank, sığorta və investisiya şirkətlərinin, həmçinin, maliyyə sahəsində fəaliyyət göstərən xarici şirkətlərin bir araya gətirilməsi, burada təmsil olunması və müasir informasiya-kommunikasiya texnologiyalarının maliyyə sektorunda tətbiqinin təşviq edilməsindən ibarətdir. Sərgi keçirilən günlərdə Azərbaycan Sığortaçılar Forumunun da keçirilməsi nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #Azərbaycan   #maliyyə   #sərgi  

Oxunub: 693