“Heç kəsin seçiciyə təzyiq göstərməyə haqqı yoxdur” - MSK sədri


13:20     11 Aprel 2018 mezahir399.jpg

“Prezident seçkiləri ilə bağlı bütün işlər yüksək səviyyədə görülüb”.


Femida.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, prezident seçkilərinin keçirilməsi məsuliyyətli işdir.
“Çünki müxtəlif baxışlı insanlar var. Çalışırıq ki, heç bir tərəf narazı qalmasın. Heç kəsin seçiciyə təzyiq göstərməyə haqqı yoxdur. Vətəndaş azad şəkildə istədiyi namizədə səs verə bilər. Bütün addımlar Seçki Məcəlləsinə uyğun atılmalıdır”,- deyə M.Pənahov vurğulayıb.

Açar sözlər: #Seçki  

Oxunub: 700