Misirdə fövqəladə vəziyyət uzadıldı


14:37     14 Aprel 2018 2018/04/d8f48ebf3a56cc5ccc1aaae60c371b3e_1523688047.jpg

Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzadıb.


Femida.az-ın “RT”-yə istinadən verdiyi xəbərə görə, yanvarın əvvəlində Misir prezidenti tərəfindən analoji fərman imzalanmışdı.

Misirdə fövqəladə vəziyyət rejimi ötən il İsgəndəriyyə və Tanta şəhərlərində baş verən iki terror aktından sonra tətbiq edilib. O zaman xristian kilsələrində törədilən partlayışlar nəticəsində 40-dan çox insan həyatını itirib. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Femida.az

Açar sözlər: #fövqəladə   #xristian   #kilsə  

Oxunub: 678