Tovuzda QƏZA - Bir nəfər xəsarət alıb


01:26     15 Aprel 2018 Qeza2.jpg

Tovuzla sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az-ın verdiyi məlumata görə, hadisə Tovuz şəhərində qeydə alınıb. Rayon sakini, 1998-ci il təvəllüdlü Aslanov Teymur Telman oğlu idarə etdiyi avtomobillə hərəkət edərkən idarəetməni itirib və maşın maneəyə çarpılıb.

Qəza nəticəsində sürücü bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Tovuz   Qəza  

Oxunub: 883