Daha bir polis qəzaya düşdü - Baş leytenant öldü


13:20     16 Aprel 2018 qeza_yeni.jpg

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.



Femida.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, Neftçala sakini, 1994-cü il təvəllüdlü Niftəliyev Rza Hicran oğlu idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib, avtomobil yolun kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Qeyd edək ki, Rza Niftəliyev Neftçala Rayon Polis şöbəsinin əməkdaşı polis baş leytenantı olub.

Femida.az

Açar sözlər: Qəza   Neftçala   Ölüm  

Oxunub: 1462