Polisin səlahiyyətlərini mənimsəyən şəxslər kimdir? - Vəkildən açıqlama
17:53 16 Aprel 2018
Gündəlik həyatımızda hər birimiz ayrı-ayrı şəxslər tərəfindən avtomobillərin dayanmasına qadağa qoyulması faktlarına rast gəlirik. Avtomobillərin müəyyən olunmuş ərazilərdə saxlanılması və buna səlahiyyəti olmayan şəxslərin maneələr yaratması sürücülərlə qarşı tərəf arasında narazılığa səbəb olur. Bəzən olur ki, hər hansı bir ərazi aidiyyatı olmayan şəxslər tərəfindən nəzarətə götürülür və orada avtomobillərin saxlanılmasına qanunsuz olaraq nəzarət edilir. Bəs bunun hüquqi əsası varmı?
Femida.az məsələnin hüquqi tərəfini araşdırıb. Daynama və durma qaydalarının ayrı-ayrı vətəndaşlar və təşkilatlar tərəfindən özbaşına tənzimlənməsi hansı məsuliyyətə səbəb ola bilər?
Mövzu ilə bağlı Femida.az-ın suallarını cavablandıran vəkil Sadiq Əfəndiyev bildirib ki, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni maddənin əlavə edilməsinə ehtiyac var.
"Şəhərdə avtomobil sıxlığının meydana gəlməsi ilə yanaşı yol hərəkəti qaydalarının, xüsusilə daynama və durma qaydalarının ayrı-ayrı vətəndaşlar və təşkilatlar tərəfindən özbaşına tənzimlənməsi, yəni qanunla qadağan olunmayan yerlərdə avtomobillərin dayanmasının qadağan olunması, dayanma üçün münasib olan yerlərə qanunsuz olaraq müxtəlif maneələrin quraşdırılması və s. bu kimi qanunsuz məhdudiyyətlərin yaradılması geniş surətdə yayılıb. İş orasıdır ki, həmin şəxslərin dayanmanı qadağan etdikləri yerlərə heç bir hüquqları olmur, sadəcə həmin ərazinin onların işlədikləri, yaşadıqları yerin yaxınlığında olması kimi bəhanələri olur. Bu da həmin vətəndaşlarlarla sürücülər arasında xoşagəlməz halların yaşanmasına gətirib çıxarır.
Nəzərə alınmalıdır ki, hər hansı vətəndaşın və təşkilatın nəinki qaydalara uyğun dayanmış, hətta uyğunsuz dayanmış avtomobilin dayanması ilə bağlı özbaşına təbirlər görmək səlahiyyəti yoxdur. Bu cür tədbirlər görmək səlahiyyəti qanunla yalnız dövlət yol polisinə verilib. Buna səlahiyyəti olmayan vətəndaşın gördüyü hər hansı tədbir isə özbaşnalıq hərəkətlərindən başqa bir şey deyildir.
Görünür, qanunvericiliyin bu məsələlərə müdaxilə etməsinə zəruriyyət yaranıb. Bu baxımdan İnzibati Xətalar Məcəlləsinin müvafiq fəslinə “avtomobillərin dayanmasına və durmasına qanunsuz məhdudiyyətlərin yaradılması” adlı maddənin daxil edilməsinə ehtiyac var.
Qanunda parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə məsuliyyət nəzərdə tutulsa da, parklanma yerlərindən kənar, qanunauyğun formada avtomobillərin dayanmasına qanunsuz məhdudiyyətin yaradılması halları hesab edirəm ki, qanunun təsirindən kənarda qalıb."
Xatırladaq ki, şəhərin bir çox nöqtələrində qeyd olunan problemə rast gəlinir. Bu xüsusilə nəqliyyatın sıx hərəkətdə olduğu mərkəz hissələrdə daha geniş vüsət alıb.
Mircəlal Məcidli
Femida.az
Oxunub: 5783
Oxşar xəbərlər
- İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb
- Kamran Əliyev: "Qanun pozuntularına vaxtında müdaxilə etməliyik"
- MN: "Azərbaycan Ordusu qanunsuz erməni silahlı birləşmələrini atəşə tutmayıb"
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- İmişli, Zaqatala və Yardımlıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açılıb
- Bu şəxslər pensiyaya 5 il tez çıxacaq – Prezident Qanunu təsdiqlədi
- İsveç terrorla mübarizə qanununu sərtləşdirəcək, terrorçuları Türkiyəyə təhvil verəcək
- Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək - QANUN
- Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib