Astarada Rusiya vətəndaşı saxlanıldı
14:32 17 Aprel 2018
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in mətbuat xidmətinin Lənkəran Regional qrupundan Femida.az-a verilən məlumata görə, aprelin 16-da Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kəndində yaşayan Rusiya Federasiyanın vətəndaşı olan Bəhruz Cəfərovun üzərindən 1 bükümdə 4,3 qram çəkidə tiryək və 5 bükümdə ümumi çəkisi 0,7 qram heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Bəhuz Cəfərovun Astara rayonunun Şahağacı kəndindəki yaşadığı evdən 3 kiloqram 90 qram çəkidə tiryək aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Femida.az
Oxunub: 815
Oxşar xəbərlər
- Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara sakini saxlanılıb
- Astara sakinlərindən qanunsuz silahlar götürülüb
- Ələt-Astara avtomobil yolunda oğurluq edən şəxs saxlanılıb
- Astara sakinində qanunsuz odlu silah aşkarlanıb
- Astara sakini intihar edib
- Xaricdə yaşayan narkotacirə narkokuryerlik edən Astara sakini saxlanılıb
- Fermadan oğurluq etməkdə təqsirləndirilən Astara sakini saxlanılıb
- Astara sakini ülgüc udub
- Azərbaycan Astara terminalının ərazisində taxıl terminalı tikir
- Ələt-Astara yolunda yük avtomobili aşıb