Müəllim məktəbin süpürgəçisini zorladı - Cəlilabadda ŞOK OLAY
17:12 18 Aprel 2018
Cəlilabad rayonunda müəllim məktəbin təmizlik işçisini zorlayıb.
Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Muğan kənd tam orta məktəbində baş verib.
Belə ki, həmin məktəbin müəllimi B.A (ad şərtidir) 2017-ci ildə həmin məktəbin təmzlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsilə videoqeydiyyata alıb.
Bir neçə gün bundan əvvəl məktəbin müəllimi B.A. yenidən təmizlik işçisi ilə cinsi əlaqəyə girmək istəyib. Lakin təmizlik işçisi buna etiraz edib. B.A. onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yaymaqla şantaj edib. Təmizlik işçisi onunla yenə də cinsi əlaqədə olmaq istəmədiyini bildirib. Bundan sonra müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb.
Baş verən hadisə ilə bağlı kənd sakinləri tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Polis şöbəsində araşdırmalara başlanılıb.
Femida.az
Oxunub: 3909
Oxşar xəbərlər
- Cəlilabadın icra başçısının müavini işdən çıxarılıb
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda kütləvi dava olub, biri yeniyetmə olmaqla üç nəfər xəsarət alıb
- Cəlilabadda 30 yaşlı şəxs intihar edib
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda yanğın başlayıb
- Prokuror Cəlilabadın sabiq icra başçısına 13 il həbs cəzası istəyib
- Cəlilabadda 2 nəfər azyaşlıya hədə-qorxu gələrək pulunu əlindən alıb
- Cəlilabadda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Cəlilabadda avtomobillə vurulan piyada komaya düşüb