Ağcabədidə ağır qəza: ölən və yaralananlar var

15:36     21 Aprel 2018 18_04_21_1524309425.jpg


Ağcabədidə 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Avşar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax rayonunun Daşsalahlı kənd sakini, 1987-ci il təvəllüdlü Ceyhun Bayramov idarə etdiyi “Mutsubishi” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü C.Bayramov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər – Qazax rayonunun Daşsalahlı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvi Əliyev və Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Kənan Budaqov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #qəza   #ölüm   #yol   #kriminal  

Oxunub: 1162