Cüdoçularımız Tunisdə 15 medal qazandı
21:53 22 Aprel 2018
Tunisdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib.
Femida.az bildirir ki, yarış bu ilin oktyabrında Argentinada baş tutacaq yeniyetmələrin Olimpiadasına lisenziya xalları verir.
Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 5 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar. Vüsalə Kərimova (44 kq), Aytac Qardaşxanlı (48 kq), Mirağa Hacıyev (50 kq), Vüqar Talıbov (66 kq), Yaqub İsmayılzadə (90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Səbinə Əliyeva (48 kq), Ülviyyə Bayramova (52 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), İbrahim Ağakişiyev (81 kq), Toğrul Salmanov (+90 kq) gümüş, Fəridə Səfərova (52 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev ( hər ikisi 60 kq) və Hacıbala Cəbrayılov (73 kq) bürünc medal qazanıb.
Femida.az
Oxunub: 980
Oxşar xəbərlər
- Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır
- Paracüdoçularımız son gündə 1 qızıl, 2 gümüş medal qazandılar
- Cüdoçularımız ilk dəfə dünya çempionatının finalına yüksəlib
- Cüdoçularımızın rəqibləri məlum oldu
- Cüdoçularımız Avropa kubokunda 4 medal qazandılar
- Cüdoçularımız 1 qızıl və 3 bürünc medal qazanıb
- Qadın cüdoçularımız mübarizəni dayandırdı
- Yeniyetmə cüdoçularımız Avropa kubokunu qazandılar - Fotolar
- Cüdoçularımız Avropa kubokunun finalına çıxdı
- Cüdoçularımız İspaniya turnirinə uğurla başladılar