Axtarışda olan şəxs xəstəxanadan qaçıb


13:51     23 Aprel 2018 xestexana8.jpg

Salyanda bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən şəxs xəstəxanadan qaçıb.


Femida.az-ın məlumatına görə, həmin şəxsin 2017-ci ilin dekabrında mənzildən pul oğurlamaqda şübhəli bilinən və barəsində axtarış elan edilən Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü Qəmbərov Həsən Sakit oğlu olduğu müəyyənləşib.

Məlum olub ki, o, aprelin 20-də polis tərəfindən saxlanılarkən özünə bıçaqla xəsarət yetirib. Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Həsən Qəmbərova tibbi yardım göstərilərək cərrahiyə şöbəsinə yerləşdirilib və o, bu gecə müəmmalı şəraitdə xəstəxanadan qaçıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Femida.az

Açar sözlər: #Salyan   #bıçaq   #xəsarət   #xəstəxana  

Oxunub: 729