Kreml: Ermənistanda baş verənlər ölkənin daxili işidir
20:52 23 Aprel 2018
Kreml Ermənistanda baş verən hadisələrə münasibət bildirib.
Femida.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda baş verən hadisələri bu ölkənin daxili işi adlandırıb.
"Bu, istisnasız olaraq Ermənistanın daxili işidir", - deyə Kremlin sözçüsü Rusiyanın Ermənistanda baş verən etirazların regiondakı vəziyyətə təhlükə kimi görüb-görməməsi ilə bağlı suala cavabında bildirib.
Bununla yanaşı D. Peskov Rusiyanın bu ölkədə baş verənləri diqqətlə izlədiyini qeyd edib: "Ermənistan bizim yaxın müttəfiqimizdir, Avrasiya İqtisadi Birliyinin iştirakçısıdır. Ona görə də, əlbəttə ki, bizim üçün bu ölkə hədsiz vacibdir. Biz orada baş verənləri diqqətlə müşahidə edirik".
Femida.az
Oxunub: 796
Oxşar xəbərlər
- Kremldən Pelosinin İrəvan səfərinə REAKSİYA
- Kreml: "Putin hərbi parada heç bir dövlət liderini dəvət etməyib"
- Kreml: "Ermənistanla Rusiya arasında sənədlər paketi imzalanacaq"
- Kreml: "Ukrayna ilə danışıqlarda hələ ki nəticə yoxdur"
- Kreml Putin və Zelenskinin görüşünün şərtini açıqlayıb
- Kremldən Delyaqinin Azərbaycanı nüvə silahı ilə vurmaq təklifinə REAKSİYA
- Kreml Roman Abramoviçin İstanbul görüşündə iştirakına aydınlıq gətirib
- Kreml: Rusiya və Ukrayna arasında danışıqlar videoformatda keçirilir
- Kreml: Putin, Əliyev və Paşinyan noyabrın 26-da Soçidə görüşəcəklər
- Kreml: “Qarabağla bağlı üçtərəfli bəyanat son dərəcə vacib əhəmiyyət kəsb edir”