Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilmirdi - Ramiz Mehdiyev
19:58 24 Aprel 2018
Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib.
Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib.
Femida.az-ın Report-a istinadən xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
O xatırladıb ki, prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub:
“Cənab prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması böyük əhəmiyyət kəsb edir”.
Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimov rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib:
“Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
Femida.az
Oxunub: 1312
Oxşar xəbərlər
- AMEA-nın Ümumi Yığıncağı keçirilib, Ramiz Mehdiyevin istefası qəbul olunub
- AMEA: "Ramiz Mehdiyev işə çıxmayıb, ərizəsini bu gün təqdim edəcək"
- Ramiz Mehdiyevin qohumu 30 sutka müddətinə həbs edilib
- DİN Ramiz Mehdiyevin qohumunun saxlanılması ilə bağlı açıqlama verib
- Ramiz Mehdiyev istefa verib
- AMEA Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə gəlməsinə münasibət bildirib
- AMEA Ramiz Mehdiyevin səhhətində problemlər yaranması ilə bağlı məlumatlara münasibət bildirib
- Tarix İnstitutunun Baş direktoru: "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"
- Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsi istənilib
- AMEA İşlər İdarəsinin sabiq müdiri Ramiz Mehdiyevin ittihamlarına cavab verib