Administrasiya işçilərinə yaşayış binası tikiləcək


18:05     25 Aprel 2018 2018/04/pa_1524650816.jpg

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni 6 girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Femida.az-a verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 3 hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.

Femida.az

Açar sözlər: #Hakimiyyət   #Arxitektura   #Bina  

Oxunub: 2142