Bakıda İnsan Resursları forumu keçiriləcək


22:46     25 Aprel 2018 2018/04/4548349C-9D60-48D7-B223-90D0C6108D26_1524658409.png

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan İnsan Resursları Cəmiyyətinin (HR Society) birgə təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə 4 may 2018-ci il tarixində Bakıda “Human Capital Forum - 2018” keçiriləcək.

ABA-dan Femida.az
Tədbirdə maliyyə qurumlarının HR menecerləri, Azərbaycan İnsan Resursları Cəmiyyətinin üzvləri, insan resurslarının idarə olunması sahəsində fəaliyyət göstərən tədqiqatçılar, təlimçilər və məsləhətçilər iştirak edəcəklər.

Forum 2 paneldən ibarət olacaq. Burada yerli və xarici spikerlər 10 mövzu üzrə öz təcrübələrini bölüşəcəklər. Digital HR, insan kapitalının formalaşdırılmasında HR menecerlərinin rolu, bu sahədə qiymətləndirmə alətləri, işçi məmnunluğunun əsas amilləri, rəhbər-işçi münasibətlərinin səmərəliliyi, insanların davranış və ünsiyyət tərzlərinin qiymətləndirilməsində dördölçülü davranış modelinin (DİSC) yaratdığı imkanlar, insan resurslarının idarə olunması sahəsində beynəlxalq trendlər və s. müzakirə ediləcək mövzulara daxildir. Forumda təqdimatlarla yanaşı, könüllülərin iştirakı ilə praktik sınaqlar da nümayiş etdiriləcək.

Azərbaycan Beynəlxalq Bankının baş sponsor dəstəyi ilə yanaşı, “Prospect ERP” şirkəti də “Human Capital Forum - 2018”-in bürünc tərəfdaşıdır. Bundan başqa, BBN.az saytı, “Yapı Kredi Bank” Azərbaycan, PwC, KPMG, HAY Group, Antaris MMC, “İş Kavramları Danışmanlık” Foruma təşkilati dəstək verir.

Femida.az

Açar sözlər: #İnsan   #Resurs   #Bakı  

Oxunub: 1773