Kanadada onlarla insan meymunçiçəyinə yoluxub


12:38     05 İyun 2022 22_06_05_1654414750.jpg

Kanadada meymunçiçəyinə 77 yoluxma qeydə alınıb.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanada Səhiyyə Nazirliyi məlumat yayıb.

Ən çox yoluxma (71 nəfər) Kvebek əyalətində aşkar edilib. Ontarioda beş, Albertada isə bir nəfər xəstəliyə yoluxub.

Kanadada meymunçiçəyinə ilk yoluxma mayın ortalarında Monrealda aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edib ki, meymunçiçəyi nadir xəstəlikdir və əsasən Afrikanın mərkəzi, qərbində tropik meşələrin yaxınlığında yerləşən ucqar ərazilərdə yayılır.

Açar sözlər:

Oxunub: 273