Yunanıstan lideri İlham Əliyevi təbrik etdi


02:27     26 Aprel 2018 2018/04/ilham_aliyev_main__221216_2_1524680717.jpg

Yunanıstanın prezidenti Prokopis Pavlopulos İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.


Femida.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Dost Azərbaycan xalqının yüksək etimad göstərərək Sizi yenidən dövlət başçısı seçməsi münasibətilə Zati-alinizi təbrik edir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Zati-alinizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm”.

Femida.az

Açar sözlər: #Yunanıstan   #İlham-Əliyev   #Azərbaycan  

Oxunub: 891