Bakının bir hissəsində qaz olmayacaq
14:00 26 Aprel 2018
Bu gün Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-dən Femida.az-a verilən məlumata görə, Məhəmməd Hadi küçəsində yeni çəkilmiş diametrləri 315,159 və 108mm-lik polietilen qaz xəttlərinin şəbəkəyə qoşulması ilə əlaqədar, bu gün saat 10:00-dan təmir işlər tamamlananadək Xətai rayonunun Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Femida.az
Oxunub: 1272
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Almaniya qışda Rusiya qazından imtina edə bilər
- Qazaxda toyda mübahisə düşüb, bıçaqlanan var
- Avropada təbii qazın qiyməti ucuzlaşıb
- Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət yayıb
- Azərbaycanın Şimal-Qərb bölgəsində qaz olmayacaq
- Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb
- Britaniya kəşfiyyatı: “Rusiya uğur qazanması barədə vaxtından əvvəl və yalan bəyanatlar verib”
- Avropada təbii qazın qiyməti yüksəlib