Usubov Göyçayda vətəndaşlarla görüşdü
19:20 28 Aprel 2018
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 28-də Göyçayda vətəndaşları qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsində baş tutan tədbirdə Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının qəbula gələn 44 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyatı baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb.
Qəbulda iştirak edən vətəndaşlar bölgələrdə mütəmadi olaraq keçirilən belə görüşlərin təşkilinə, müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə diqqətlə və həssas yanaşılmasına görə ölkə başçısına minnətdarlıq edib, onun Azərbaycan Respublikasının tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicininin daha da yüksəldilməsinə yönəlmiş siyasətini bundan sonra da dəstəkləyəcəklərini bildiriblər.
Oxunub: 903
Oxşar xəbərlər
- Ramil Usubov: “Qarabağ və Şərqi Zəngəzur üçün ciddi təhlükə yoxdur”
- Ramil Usubov: "Bəzi qüvvələr bölgədə yaranan sabitliyin yenidən pozulması üçün təxribatlara əl atır"
- Ramil Usubov: "Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır"
- Ramil Usubovun oğlunun yerinə təyinat oldu
- Ramil Usubov İsrail səfirini qəbul edib
- Ramil Usubovun oğluna yeni vəzifə verilib - ƏMR
- Ramil Usubov özbəkistanlı həmkarı ilə görüşüb
- Patruşev Bakıda Ramil Usubovla danışıqlar apardı
- Nikolay Patruşev Ramil Usubovla görüşüb
- Ramil Usubov və Vilayət Eyvazov yeni təyinatlardan sonra ilk dəfə birlikdə - VİDEO