Küçədə komaya düşdü, xəstəxananın həyətində öldü


18:23     30 Aprel 2018 publika.az1449870438tecili%20yardim.jpg

Bakıda 51 yaşlı kişi küçədə vəfat edib.


Femida.az xəbər verir ki, dünən axşam saatlarında təcili tibbi yardım briqadasına Sovxoz küçəsi 2 ünvanının qarşısında ağır vəziyyətdə olan şəxslə bağlı müraciət daxil olub. Həmin şəxs tibbi yardım maşını ilə Əfəndiyev adına xəstəxanaya gətirilsə də, tibb müəssisəsinin həyətində artıq onun keçindiyi məlum olub.

İlkin araşdırma zamanı vəfat edən şəxsin 51 yaşlı Azər Rzayev olması və onun şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1302