Azərbaycanda 4-cü mobil operator yaradılır
02:58 24 Sentyabr 2015
"Delta Telecom" şirkəti (Azərbaycanın ilk provayderi) ölkədə mobil rabitə xidmətləri göstərməyi planlaşdırır. Şirkətdən Femida.az-a verilən məlumata görə, xidmətin göstərilməsi üçün "Delta Telecom"un LTE (Long Term Evolution) standartına əsaslanan mövcud infrastrukturundan istifadə olunacaq.
İlkin mərhələdə şirkət 4-cü nəsil şəbəkəsi bazasında məlumatların ötürülməsi xidmətini işə salmağı planlaşdırır. GSM standartında səs xidmətinin göstərilməsinə ikinci mərhələ çərçivəsində baxılacaq. Buna görə Rabitə və Yüksək Texnologiyaların icazəsi lazımdır ki, şirkət bu icazəni almaq üçün gələcəkdə müraciət etmək niyyətindədir.
"Delta Telecom", həmçinin öz mobil şəbəkə infrastrukturunu işə salmaq niyyətindədir. Hazırda bunun üçün avadanlıqların tədarükçüsü qismində "Ericsson" və "Alcatel&Lucent" şirkətləri müəyyən edilib.
Artıq layihənin texniki məsələlərini həll etmək qalıb ki, bu da 2016-cı ilin birinci rübünə planlaşdırılır. Şirkətdən deyiblər ki, mobil rabitə xidməti "Telecom Invest" ("Delta Telecom"un törəmə şirkəti) adı altında göstəriləcək.
Oxunub: 1120
Oxşar xəbərlər
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanda bu dövlət qurumunun əmlakı satışa çıxarıldı
- Azərbaycanda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ
- Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
- Azərbaycanda daha bir bank çöküşdə
- Azərbaycanda hamı bu məşqçi nənədən danışır - VİDEO