Azərbaycanda narkotacir tutuldu


18:46     03 May 2018 tutulub4.jpg

Şirvanda kriminal dairələrdə “Odessa Teyyub” ləqəbi ilə tanınan narkotacir saxlanılıb.


Femida.az-ın məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, 1966-cı il təvəllüdlü Teyyub Eyyub oğlu Tağıyev saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd bükümdə ümumi çəkisi 36,136 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Qeyd edək ki, bir müddət əvvəl T.Tağıyev kriminal mübahisə zamanı digər cinayətkar qrupun üzvü tərəfindən ayağından güllələnib. Hadisədə iştirakçı olan 4 nəfər həbs edilib.

T. Tağıyevin əvvəllər Ukrayna, Moldova və Azərbaycanda adam oğurluğu, insan alveri və oğurluq maddələri ilə bir neçə dəfə məhkum olunduğu bildirilir.

Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Azərbaycan   #Narkotacir   #Şirvan  

Oxunub: 743