ATV-nin aparıcısından kobud səhv: "Torpaqlarımızı işğal edəcəyik"


16:32     09 May 2018 18_05_09_1525854901.jpg

Bu gün ATV telekanalının "ATV Səhər” proqramının aparıcısı birbaşa efirdə "Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik” arzusunu dilə gətirib.


Femida.az xəbər verir ki, proqramın aparıcısı Lalə Azərtaş faşizm üzərində qələbə günü olan 9 may Qələbə gününün nəzərdə tutaraq belə deyib:

"Azərbaycana hər zaman qələbə yaraşır. Gün gələcək, biz torpaqlarımızı işğal edəcəyik, və həmin 20 faizi də...ondan sonra əsl qələbə gününü bayram edəcəyik...”

Aparıcının qüsurunu ört-basdır etmək istəyən redaktor efirdə səsi kəsib. Daha sonra aparıcı heç nə olmamış kimi çıxışını davam etdirib.




Femida.az

Açar sözlər: #ATV   #kanal   #aparıcı   #səhv   #Youtube  

Oxunub: 7060