“Qaçqınkom”da yeni direktor TƏYİNATI


16:56     10 May 2018 qacqin6.jpg

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yeni kadr təyinatları olub.



Femida.az xəbər verir ki, bununla bağlı əmri Dövlət Komitəsinin sədri Rövşən Rzayev imzalayıb.

Əmrə əsasən, Rasim Tağızadə qurumun Mənzil İstismar Departamentinin direktoru, Natiq Hüseynov isə Repatriasiya Departamentinin direktoru vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyev və Repatriasiya Departamentinin direktoru Elman İsmayılov işdən çıxarılıblar.

Bundan başqa, mayın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti Departamentinin direktoru Elçin Qədimov da işdən çıxarılıb. Həmin departamentin direktoru vəzifəsinə İbrahim Mirzəyev təyin olunub.

Femida.az

Açar sözlər: #Direktor   #Departament   #Beynəlxalq  

Oxunub: 1320