Sosial ev ala bilməyənlər DİQQƏT - MİDA şikayətləri araşdırır
18:18 10 May 2018
Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı mənzillərlə bağlı yaranmış narazılıqları aradan qaldırmaq üçün qurumda xüsusi komissiya yaradılıb.
Femida.az xəbər verir ki, komissiya şikayətləri araşdıraraq 10 gün ərzində vətəndaşlara cavab verəcək.
Bildirək ki, mayın 7-də Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışına başlanılıb. Elə həmin gün sosial ev almaq istəyənlər satışın həyata keçirildiyi e-gov.az saytına daxil olmaqda ciddi çətinliklə üzləşiblər. Təxminən 1 saat ərzində Yasamal Yaşayış Kompleksindən olan 260 mənzilin satıldığı məlum olub.
"Güzəştli mənzil” elektron sistemi vasitəsilə 8000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənsə də sistemdə 40 min nəfər olub.
Femida.az
Oxunub: 1992
Oxşar xəbərlər
- DTX MİDA-da əməliyyat keçirdi - Saxlanılanlar var
- MİDA-dakı “5 saniyə” qalmaqalına görə araşdırma başladı- “Proqram”çılar və ev alanlar dindirilir
- Namidan Piriyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib
- Femida.az saytının əməkdaşı koronavirusdan vəfat edib
- Azərbaycanda vəkillərin sayı 2 mini ötdü
- Polisin ittiham etdiyi həkimlərə məhkəmə bəraət verdi
- “Sahibkarlıq və hüquqi yardım” mövzusunda onlayn dəyirmi masa keçirilib
- MİDA Hövsanda 503 güzəştli mənzili satışa çıxarır
- Ədliyyə və məhkəmə islahatlarının sahibkarların hüquqlarına təsirləri ilə bağlı videokonfrans keçirilib
- Konstitusiya Məhkəməsi kimlərin məcburi pay hüququna malik olduğunu şərh etdi