Bahar Muradovadan deputatlara irad: “Niyə susursuz...

Bahar Muradovadan deputatlara irad: “Niyə susursuz..."

14:34     10 May 2018 bahar%20m7.jpg


"Heydər Əliyev 15 ildir ki, cismən bizi tərk etsə də, elə bir gün yoxdur ki, dahi şəxsiyyət xatırlanmasın".

Bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentdə Heydər Əliyevin 95 illyinə həsr olunan xüsusi iclasda deyib.

O bildirib ki, Heydər Əliyevin daim var olması üçün, bu irsə yaradıcı yanaşmalı, irəliyə aparmalıyıq. "Necə ki, bu gün prezident İlham Əliyev bu işi irəliyə aparır.

Biz də öz növbəmizdə prezident İlham Əliyevə dəstək olmalıyıq. Heydər Əliyev sağlığında yalnız öyünmür, həm də tənqid olunurdu. Ulu öndərin ünvanına kəskin şəkildə tənqid irəli sürənlər var idi. Bu gün bu salonda əyləşən həmkarlarımızdan bəziləri də vaxtilə ümummilli iideri tənqid ediblər. Lakin illər keçdikcə onlar ulu öndər irsini anlamağa başladılar. Bunun özü böyük irəliləyişdir.

Biz ulu öndər Heydər Əliyevin 95 illik yubileyi haqqında danışanda, Azərbaycanın 95 illiyi haqqında danışırıq. ümummilli lider hər zaman bizə kəskin olduğumuz halda düzgün yol göstərib, məsələni bir-birini anlamaqla yola qoymağı tövsiyə edib. Zamanında Heydər Əliyevi özünə qarşı görənlər bu gün onun Azərbaycanı inkişafa aparan güc olduğunu dərk edirlər. Onun liderliyi, tam şəxsiyyət olması da bundadır”.

Vitse-spiker bildirib ki, amma nədənsə bu gün həmin insan burada çıxış etmirlər.

"Nədən çəkindiniz, sosial şəbəkələrdənmi? Yalnız böyük şəxsiyyətlər ədalətli ola bilirlər. Heydər Əliyevin böyük ruhu bütün xəyanətlərin qarşısında böyük görünür. Heydər Əliyevi anlamayan insanlar bədbəxt adamlardır. Nə qədər Azərbaycan var, ulu öndər onu sevələrin ürəyində yaşayacaq. Bir sözlə onun dövlətə xalqa, millətə fayda gətirən ideyalardan doğan şəfəqlər ulu öndəri sevənlərin qəlbinə işıq saçacaq, ümummilli lideri sevməyənlərin isə gözünü qamaşdıracaq”-deyə Bahar Muradova bildirib.(modern.az)

Femida.az

Açar sözlər: #Bahar_Muradova   #Heydər_Əliyev   #Milli_Məclis   #parlament   #deputat  

Oxunub: 9787