Bu gömrük məntəqəsi 24 saat işləyəcək
14:04 12 May 2018
Culfa gömrük-buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib.
Femida.az Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin saytında yer alan məlumata istinadən bildirir ki, bununla bağlı razılıq 2017-ci ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun İran İslam Respublikasına rəsmi səfəri və Tehranda keçirdiyi yüksək səviyyəli görüşlər zamanı əldə olunub.
Qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasındakı Culfa-Culfa sərhəd gömrük-buraxılış məntəqəsi mayın 10-dan etibarən 24 saatlıq iş rejiminə keçirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov İranın ŞərqiAzərbaycan Vilayətinin Gömrük İdarəsinin rəisi Əliəsgər Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb və qarşılıqlı əməkdaşlıq əlaqələrini müzakirə ediblər. Tərəflər ağırtonnajlı yük maşınlarının gediş-gəlişi zamanı yaranan çətinliklərin aradan qaldırılması, müəyyən olunmuş normalar əsasında vətəndaşların çətinliklərlə üzləşmədən sərhəd gömrük buraxılış məntəqələrindən rahat gediş-gəlişlərinin təmin olunması məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
Görüşdə qeyd olunub ki, 24 saatlıq iş rejiminə keçidlə bağlı növbəli işrejim itəşkil olunub, sərhəd gömrük buraxılış məntəqələrində fəaliyyət göstərən müvafiq strukturlar yeni iş rejiminə uyğunlaşdırılıb. Sutkalıq işrejiminə keçid Culfa-Culfa sərhəd gömrük-buraxılış məntəqəsindən istifadənin daha da yaxşılaşmasına, yüklərin fasiləsiz daşınmasına, xarici ticarət dövriyyəsinin artmasına, tranzit imkanlardan daha geniş istifadəyə şərait yaradacaq.
Femida.az
Oxunub: 1612
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanla Türkiyə arasında quru sərhədi niyə bağlanıb?
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Azərbaycan və İran arasında Naxçıvanla əlaqə üçün yeni sənəd imzalanıb
- Azərbaycan Ordusu, DTX və FHN Naxçıvanda birgə təlim keçirib
- AZAL Naxçıvana bilet almaq istəyənlərə xəbərdarlıq edib
- Naxçıvana yeni daxili işlər naziri təyin edilib