Bərdədə qatar traktoru vurub, kişinin ayağı qopdu (FOTOLAR)


14:44     16 May 2018 2018/05/berde-traktor-qeza-16052018-3_1526453137.jpg

Bərdədə qatarla traktorun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanların traktorda olan Bərdə rayonu Nazırlı kənd sakinləri - 1975-ci il təvəllüdlü Bağırov Zabil Vəli oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Bağırov Qabil Vəli oğlu və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Fəxri Tofiq oğlu olduğu bildirilir.

Traktorun sürücüsü olan Z.Bağırovun ayaqları amputasiya olunub.



***

Bərdədə qatar traktoru vurub.

Femida.az-ın xəbərinə görə, hadisə Bərdədə məcburi köçkünlər üçün salınmış qəsəbə ərazisində baş verib.

Qəza zamanı traktorun qoşqusunda olan sərnişinlərdən xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.





Femida.az

Açar sözlər: #Traktor   #Bərdə  

Oxunub: 2796