Şəkidə traktor aşıb, iki nəfər ölüb


11:01     08 İyul 2022 22_07_08_1657265192.jpg

Şəkidə traktorun aşması nəticəsində iki nəfər ölüb.

Hadisə Şəkinin Şəki kəndi ərazisində baş verib.

Belə ki, bu gün səhər saatlarında 1978-ci il təvəllüdlü Ramil Məmmədovun idarə etdiyi traktor əsas yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onunla birgə traktorda olan 12 yaşlı qardaşı oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 370