Həmsədrlər gələn ay regiona səfər edəcək
23:15 17 May 2018
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) gələn ay Ermənistana səfər edəcəklər.
Femida.az -ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.
"Həmsədrlər iyun ayında Ermənistana səfər edəcəklər. Aydındır ki, Ermənistanda hökumət dəyişib, xarici işlər naziri dəyişib. Ən azı tanışlıq səfəri edəcəklər", - deyə o vurğulayıb.
Qeyd edək ki, həmsədrlər Azərbaycan xarici işlər işlər naziri Elmar Məmmədyarovla mayın 15-də Parisdə görüşdən sonra yaydıqları bəyanatlarında iyun ayında Ermənistanın yeni rəhbərliyi ilə danışıqlar aparacaqlarını bildirmişdilər. Lakin görüşün yeri açıqlanmamışdı.
Ehtimal olunur ki, vasitəçilər iyunda Ermənistanla yanaşı, Azərbaycana da səfər edəcəklər.
Oxunub: 674
Oxşar xəbərlər
- Həmsədrlərdən sərhədindəki gərginliklə bağlı bəyanat
- Həmsədrlər Bakı və İrəvana çağırış edib
- Həmsədrlər bəyanat yaydılar
- Həmsədrlər atəşkəs rejiminə nəzarət mexanizmini dərhal razılaşdırmağa çağırır
- Həmsədrlərin "yay yuxusu" və payız "oyanışı" - KARİKATURA
- Həmsədrlər tərəfləri danışıqlara çağırır
- Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yaydı
- Həmsədrlər Yerevanda Nikol Paşinyanla görüşüblər
- Həmsədrlər bəyanat yaydı
- Həmsədrlərin Qarabağ icması ilə görüşünə XİN-dən münasibət