Xaçmazda iki maşın toqquşub


14:36     21 May 2018 1433768673_bakida-sernishin-avtobusu-yuk-mashini-ile-toqqushub.jpg

Xaçmaz rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.



“VAZ 2106” markalı avtomobil yolun kənarında dayanan digər nəqliyyat vasitəsinə dəyib. Qəza nəticəsində rayonun Hacıəlibəy kənd sakinləri - 1993-cü il təvəllüdlü Piroğlanov Heydər Şahbaba oğlu və 1990-cı il təvəllüdlü Hacımmədov Kənan Zaur oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #Xaçmaz   #Xəstəxana  

Oxunub: 958