Alpinistlərin meyitləri ilə bağlı ilkin ekspertiza rəyi AÇIQLANDI

Alpinistlərin meyitləri ilə bağlı ilkin ekspertiza rəyi AÇIQLANDI


23:23     21 May 2018 18_05_21_1526916736.jpg


Qubada meyitləri tapılan alpinistlərlər üzərində aparılan ilkin müayinələrin nəticələri açıqlanıb.

Femida.az Trend-ə istinadən xəbər verir ki, ilkin baxış zamanı meyitlərin üzərində heç bir sınıq, xəsarət və travma izi aşkar edilməyib.

Hazırda meyitlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bakı şəhərində yerləşən laborator şöbələrində müayinələr aparılır. Müayinələr başa çatdıqdan sonra müvafiq rəy tərtib ediləcək və nəticələr Quba rayon Prokurorluğuna təqdim ediləcək.

Alpinistlərin dəqiq ölüm səbəbləri isə müayinələr başa çatdıqdan sonra məlum olacaq.

Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.

Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.

Femida.az

Açar sözlər: #alpinist   #ekspertiza   #rəy   #itkin   #kriminal  

Oxunub: 1801