Avtobusda dava - Sürücünün paltarını cırdılar


14:42     22 May 2018 2018/05/images-(1)_1526971396.jpg

Bakıda ictimai nəqliyyatda daha bir hadisə baş verib.


Hadisə şahidlərinin Femida.az-a verdiyi məlumata görə, Yasamal rayonu,Abbas Mirzə Şərifzadə küçəsində baş verib.Qeyd olunan küçədə hərəkət edən 18 saylı marşurutun sürücüsü ilə digər minik avtomobilinin sürücüsü arasında mübahisə yaranıb.Mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib.Minik avtomobilinin sürücüləri avtobus sürücüsünü döyüblər.Sərnişinlərin müdaxiləsindən sonra hələlik şəxsiyyəti məlum olmayan şəxslər ərazidən uzaqlaşıb.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Miri Məcidli
Femida.az


Açar sözlər: #Sürücü   #dava   #Kriminal   #polis   #BNA  

Oxunub: 2828