Lənkəranda müşavirə keçirilib
22:49 25 May 2018
Bu gün Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin təşkilatçılığı ilə Lənkəranda müasir dövrdə ölkəmizdə etno-siyasi və dini durumla bağlı regional müşavirə keçirilib.
Femida.az xəbər verir ki, tədbirdə Lənkəran şəhər, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının icra hakimiyyəti rəsmilərinin, hüquq-mühafizə orqanları nümayəndələrinin, regional təhsil və mədəniyyət idarələri müdirlərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin regional bölmələri rəhbərlərinin, din xadimlərinin, ziyalıların, bələdiyyə sədrlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən müşavirəni giriş sözü ilə Lənkəranın icra başçısı Taleh Qaraşov açıb.
Digər çıxışlarda da dönə-dönə qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin bölgələrində etno-siyasi və dini durumla bağlı vəziyyət normaldır, bu sahələrdə heç bir problem mövcud deyil. Natiqlər yerlərdə maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparıldığını diqqətə çatdırıblar.
Femida.az
Oxunub: 1996
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Ukrayna Prezident Ofisi "Amnesty International"ı sərt tənqid edib
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Şri-Lankada etirazçılar prezident iqamətgahını ələ keçirib