“Gizli istiqlalçılar” təqdim olundu - FOTOLAR


13:36     28 May 2018 2018/05/33614551_1760444157383989_2735166780480684032_n_1527485174.jpg

Milli Hüquq Evində Azərbaycan Cümhuriyyətinin qurulmasının 100 illik yubileyinə həsr edilmiş bayram tədbiri keçirilib. Bayram tədbiri çərçivəsində “ARB Aranfilm”in ərsəyə gətirdiyi “Gizli istiqlalçılar” sənədli filmi Milli Hüquq Evində nümayiş olunub.

Femida.az xəbər verir ki,Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Milli Hüquq Evinin rəhbəri,hüquqşünas Nicat Gözəlov Cümhuriyyətin tarixi,o dövrdə qəbul edilmiş sənədlər barədə ətraflı məlumat verib.N.Gözəlov əhali arasında maarifçilik işinin həyata keçirilməsində, gənclərin dünyagörüşünün genişlənməsində sənədli filmlərin rolundan danışıb. Onun sözlərinə görə, “Gizli istiqlalçılar” sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dəyərli töhfədir.O, belə işlərin bundan sonra da davam etdirilməsinin vacibliyindən söz açıb.

Mirzə Məhəmməd Axundzadə nəvəsi,kinodramaturq Nazim Rza tədbir iştirakçılarına yaradıcılıq prosesində baş verən maraqlı məqamlardan söhbət açıb. O, ekran əsərində Cümhuriyyətin süqutundan sonra Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Milli Müqavimət Hərəkatı adlandırılmış Sol Müsavat Firqəsinin qərarı ilə Bakıda gizli çap edilən “İstiqlal” qəzeti haqqında maraqlı faktların əks olunduğunu bildirib.

Təqdimat mərasimində iqtisadçı Azər Mehdiyev, hərbi jurnalist İbrahim Rüstəmli, jurnalist Mübariz Əhmədov,Fətəli Xan Xoyski yadigarı Rəhim Xoyski öz fikirlərini bildiriblər.




Mirzə Bala Məhəmmədzadə, Cəfər Cabbarlı, Əbdülvahab Yurdsevər, Nəsrulla İsrafilov, Hacıbaba Cəbiyev, Ələsgər Ələkbərovun obrazları canlandırılıb.

İdeya müəllifi Qulu Məhərrəmli, ssenari müəllifi və rejissor Babək Abbaszadə, operator Əminə Həsənli, məsləhətçi Asif Rüstəmli, bədii rəhbər Tahir Tahiroviç, icraçı direktor Nicat Məmmədov, prodüser İqbal Məmmədəliyevdir.





Miri Məcidli
Femida.az

Açar sözlər: #Cümhuriyyət   #Sənədli_film   #Təqdimat   #milli_Hüquq_evi   #Femida  

Oxunub: 3578