Gimnastlarımız 8 medalla geri döndü
16:03 28 May 2018
Macarıstanın paytaxtı Budapeştdə keçirilən idman gimnastikası üzrə yeniyetmələrin beynəlxalq turnirinə komandamız 8 medalla yekun vurub.
Femida.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Respublika Günü ərəfəsində millimizin perspektivli və gənc gimnastları düz iki dəfə himnimizi Budapeştin gimnastika arenasında səsləndirməyi bacarıblar.
Komandamızın hesabına ən çox medal yazdıranlardan biri Səməd Məmmədli olub. Təmsilçimiz dəstəli at üzərində çıxışlarına görə qızıl, dayaqlı tullanmada gümüş, paralel qollarda isə bürünc medala sahiblənib. Daha bir bürünc medalı isə gimnastımız çoxnövçülükdə qazanıb.
Növbəti qızıl medalı isə hesaba Cavidan Babayev halqalarda uğurlu çıxışı ilə yazdırıb.
Digər idmançımız Ramin Dəmirov da komanda yoldaşlarından geri qalmayaraq, öz yaş kateqoriyasında çıxışlarına görə halqalarda gümüş, çoxnövçülükdə isə bürünc medalla mükafatlandırılıb.
Ağamurad Qəhrəmanovun turnikdəki çıxışı isə onu fəxri kürsünün ikinci pilləsinə yüksəldib.
Femida.az
Oxunub: 1414
Oxşar xəbərlər
- Azərbaycan gimnastları tarixi uğura imza atıblar
- Gimnastlarımız Gürcüstandan medallarla qayıdır
- Gimnastlarımız dünya çempionatında mübarizəyə başlayıb
- Gimnastlarımız gümüş medal qazandı
- Gimnastlarımız Avropa çempionu oldu
- Gimnastlarımız 6-cı oldu
- Gimnastlarımız Moskvada medal qazandı
- Bədii gimnastlarımız üçüncü oldu
- Gimnastlarımız vətənə 4 medalla qayıtdı
- Gimnastlarımız Dünya Kubokunun finalında