Naxçıvan Ordusu Türkiyədə təlimlərə başladı


13:41     29 May 2018 2018/05/naxcivan-ordusu_1527572611.jpg

Bu gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu və Türkiyə hərbçiləri birgə təlim keçirəcək.


Femida.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, mayın 29-dan 31-dək Qars şəhərində Türkiyə-Azərbaycan döyüş atışlı birgə təlimi baş tutacaq.

Xatırladaq ki, mayın 14-də Naxçıvanda yerləşən “Ümid” körpüsündə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi olub. Mərasimdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib. Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Əlahiddə Ümumqoşun Ordunun Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları Qars şəhərinə yola salınıb.

Femida.az

Açar sözlər: #Naxçıvan   #Ordu   #Türkiyə  

Oxunub: 4365