Füzulidə erməni təxribatı - Taxıl sahəsində işləyənlər atəşə tutuldu


14:24     29 May 2018 2018/05/komba-1527574710_1527575206.jpg

Mayın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələri bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı atıcı silahlardan atəşə tutub.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan yoxdur. Kənd təsərrüfatı texnikasına ziyan dəyib.

Femida.az

Açar sözlər: #Kombayn   #Taxıl   #Cəbhə   #Atəşkəs   #Nazirlik  

Oxunub: 2601