Şəkidə kombayn yanıb


19:43     21 İyun 2019 19_06_21_1561131287.jpg

Şəkidə taxılbiçən kombayn yanıb.

Femida.az -ın məlumatına görə, bu gün günorta saatlarında rayonun Öryət kənd inzibati ərazisində, taxıl sahəsində “Aqrolizinq” ASC-yə məxsus, Rəfi Zülfüqar oğlu Məmmədovun idarə etdiyi taxılbiçən kombaynda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində kombaynın mühərriki və salon hissəsinin yanar konstruksiyaları, 1 ha ərazidə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 423