Bu yolda da hərəkət məhdudlaşdırılacaq


16:19     29 May 2018 yol12323.jpg

Təhlükəsizlik sədlərində aparılan təmir işləri ilə əlaqədar Bakı-Quba yolunun bəzi hissələrində hərəkət məhdudlaşdırılıb.



Azərbaycan Avtomobil Yolları Dövlət Agnetliyində Femida.az-a verilən məlumata görə, bu gün səhər saat 11:00-dan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işlərinə başlanılıb.

Təmir axşam saatlarınadək davam edəcək.

Bu üzdən yolda hərəkət iş aparılan zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılacaq.

Femida.az

Açar sözlər: #Yol   #Hərəkət   #Quba   #Rusiya  

Oxunub: 1000