“Azərbaycanda səhiyyə sisteminin inkişafı diqqət mərkəzindədir” - İlham Əliyev
21:24 05 İyun 2018
“Azərbaycanda səhiyyə sisteminin inkişafı diqqət mərkəzindədir”.
Femida.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Goranboy rayonunda Naftalan şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti ilə görüşdə söyləyib.
Dövlət başçısı deyib ki, ölkədə yeni tibb müəssisələri tikilir: “Bu tibb müəssisələrində müasir avadanlıqlar quraşdırılır. Bu il ölkədə daha 5 xəstəxananın tikintisi başa çatacaq”.
Prezident İlham Əliyev bildirib ki, Naftalanın inkişafı ilə bağlı kompleks tədbirlər görülür: “Naftalanın əvvəlki şöhrəti özünə qaytarılıb. Naftalanda müasir sanatoriya və mehmanxanalar fəaliyyət göstərir. Gələcəkdə bu istiqamətdə tədbirlər davam etdiriləcək. Ölkəmizdə turizmin bütün sahələri, həmçinin tibbi turizmin inkişafı üçün böyük imkanlar var”.
Femida.az
Oxunub: 1152
Oxşar xəbərlər
- “Azərbaycanda real siyasətə əsaslanan yanaşmalar tətbiq olunur” - ABŞ-ın sabiq diplomatı
- “Azərbaycandan icazə istəyəcəyik” - Erməni din xadimi
- “Azərbaycanda mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsinin açılışı olub
- “Azərbaycanda iqtisadi vəziyyət qənaətbəxşdir” - İlham Əliyev
- “Azərbaycanda 19 təşkilat informasiya sisteminə biganə yanaşır” - XDMX rəsmisi
- Belaruslu deputat: “Azərbaycanda seçkilər sakit məcrada keçir”
- “Azərbaycanda parlament seçkiləri şəffaf keçirilir” - Amerikalı müşahidəçi
- “Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır” - Prezident
- “Azərbaycanda və regionda arbitraj və mediasiya” mövzusunda beynəlxalq konfrans keçirilib
- “Azərbaycanda vəkillərin sayı kifayət qədər artıb” - Ali Məhkəmənin sədri