İşdən çıxarılan icra başçısı: "Silah götürüb..."


21:17     06 İyun 2018 18_06_06_1528291046.jpg


Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev imzaladığı sərəncamla Ağdam rayonunun icra başçısı Raqub Allahverdi oğlu Məmmədovu vəzifəsindən azad edib.

Femida.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən Məmmədov işdən çıxarılmasına münasibət bildirib:

"Sərəncamla gəlib işlədim. Ləyaqətlə çalışdım, camaata xidmət etdim, rayonumuzda böyük işlər gördüm. Bu gün də ölkə prezidentinin sərəncamı ilə işdən çıxarılmışam. Bu mənim üçün şərəfdir. Əslində, qeyri-adi heç nə yoxdur. Bundan sonra da nə qədər ömrüm var, Azərbaycan xalqı üçün çalışacağam. Lazım gələrsə, bir zabit kimi silah götürüb döyüşə də getməyə hazıram. Yeni təyinat olarsa, canla-başla çalışaram”.

Femida.az

Açar sözlər: #İş   #icra   #başçı  

Oxunub: 7272