Pakistandan Azərbaycana birbaşa reys açıla bilər
23:42 06 İyun 2018
Bu gün İqtisadiyyat naziri Şahin Mustafayev Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Səid Xan Mohmand ilə görüşüb.
Femida.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər müzakirə edilib.
Nazir qeyd edib ki, müdafiə, humanitar sahələrdə də əməkdaşlığımız genişdir və Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir sıra layihələr həyata keçirilib. Şahin Mustafayev Azərbaycanda bir sıra Pakistan şirkətlərinin fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə işgüzar dairələrin iştirakı ilə müxtəlif tədbirlərin, biznes forumların keçirildiyini qeyd edib, iqtisadi əlaqələrin inkişafı üçün geniş potensialı, əməkdaşlığın genişləndirilməsi perspektivlərini, xüsusilə Azərbaycanın tranzit imkanlarından istifadə imkanlarını diqqətə çatdırıb.
Səfir də öz növbəsində Azərbaycanın Pakistan üçün önəmli ölkə olduğunu, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayıb. O qeyd edib ki, Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini tam dəstəkləyir.
Səid Xan Mohmand pakistanlı iş adamlarının Azərbaycanda yaradılmış sənaye zonalarında fəaliyyət göstərməkdə, nəqliyyat, enerji, sənaye, əczaçılıq, tikinti, qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Pakistandan Azərbaycana gələn turistlərin sayının ildən-ilə artdığını qeyd edən səfir Azərbaycanın viza rejiminin sadələşdirilməsi istiqamətində atdığı addımları müsbət qiymətləndirib.
O, Bakı və İslamabad arasında birbaşa nəqliyyat əlaqəsinin qurulmasının Pakistan üçün önəmli olduğunu və bir Pakistan şirkətinin birbaşa hava reysinin açılmasına maraq göstərdiyini də diqqətə çatdırıb. Bundan başqa, Pakistan şirkətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində yaradılan azad ticarət zonasında əməkdaşlığa da maraq göstərirlər.
Səfir İqtisadiyyat nazirini iyul ayında Bakıda keçiriləcək Azərbaycan-Pakistan biznes imkanlarına dair Konfransa və avqust ayında təşkil olunacaq Pakistan Sərgisinə dəvət edib.
Femida.az
Oxunub: 1314
Oxşar xəbərlər
- Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb
- Pakistanda musson yağışlarda ölənlərin sayı 1 400 nəfərə çatıb
- Pakistanın cənub-qərbində 9 yaraqlı zərərsizləşdirilib
- Pakistanda terror aktı olub, 10 hərbçi yaralanıb
- Pakistanda avtobus dərəyə aşıb, 19 nəfər ölüb
- Azərbaycan Prezidenti Pakistan Senatının sədrini qəbul edib
- Pakistanın Baş naziri bu gün Türkiyəyə səfər edəcək
- Pakistanın Baş naziri Türkiyəyə səfər edəcək
- Pakistanda partlayış olub, ölən və yaralananlar var
- Pakistanın yeni Baş naziri seçilib